Ermənistan parlamentində “xalq düşməni” axtarışı

Ermənistan parlamentində “xalq düşməni” axtarışı Uzun “axtarışlardan” sonra Ermənistanda parlament və hökumət üzvlərinin bir qismi Gorus-Qafan yolunu “azərbaycanlılara satan” şəxsi müəyyənləşdirib.
“Hayastan” blokunun “Daşnaksütyun” partiyasından deputatı Geqam Manukyan bundan əvvəl Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin keçmiş müdafiə naziri Vaqarşak Harutyunyanın imzaladığı yazılı memorandum əsasında “düşmən”ə verildiyini iddia edirdi.
Yanvarın 11-də parlamentə çıxarılan müharibə iştirakçılarına təzminatla bağlı qanun layihəsinin müzakirəsinə dəvət olunan müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərin Manukyanın dediklərinin təkzibi və ya təsdiqi ilə bağlı sualına “Bunu heç kim inkar etmir” deyə cavab verib.
Nə müdafiə nazirinin müavini Sarkisyan, nə də bu informasiyanı yayan nəşrlərin heç biri qeyd etməyib ki, Harutyunyanın “düşmən”ə verdiyi həmin ərazi Azərbaycan Respublikasının hətta Köçəryan-Sarkisyan tandeminin də inkar etmədiyi tarixi və hüquqi parçasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər