Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb; işğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir.
Bu fikirləri AMEA İqtisadiyyat İnstitutunun nəzdində Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, akademiyanın müxbir üzvü, professor Akif Musayev deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın inkişafına böyük töhfə verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
Ərazilərin bərpası fəaliyyətində dünyanın müasir çağırışları, ən qabaqcıl texnologiyaların orada tətbiq olunması qaçılmaz zərurətdir. Nəzərə almaq lazımdır ki, bugünkü iqtisadi sistem 30 il öncəki sistem deyil: “Belə ki, iqtisadi sistem 1992-ci ildə gündə 100 Gb informasiya formalaşdırırdısa, bu gün saniyədə 45 min Gb informasiya yaradır. Yaxın gələcəkdə isə saniyədə 150 min 700 Gb informasiyanın formalaşdırılacağı gözlənilir. Digər tərəfdən BMT-nin 2016-cı ildə apardığı araşdırmaların nəticələrinə görə, dünya əhalisinin 54 faizi şəhərlərdə məskunlaşıb. 2030-cu ilədək dünya əhalisinin 60 faizi, 2050-ci ilədək isə 70 faizinin müasir şəhərlərdə məskunlaşacağı proqnoz edilir. Eyni zamanda, kəndlər və qəsəbələr də Dördüncü Sənaye İnqilabının, 5G texnologiyasının və s. təsiri altında nəinki ənənəvi simasını dəyişir, həmçinin idarəolunma, davranış, həyat tərzi və s. cəhətlərdən ciddi dəyişikliklərə məruz qalır”.
Akif Musayev qeyd edib ki, bir tərəfdən yaşayış məntəqələrinin sürətlə böyüməsi, digər tərəfdən birgəyaşayış mühiti ilə əlaqəli ictimai təhlükəsizlik, nəqliyyatın idarə olunması və s. problemlər mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Urbanizasiyanın və sürətli texnoloji dəyişikliklərin qarşısının alınmasının mümkün olmadığı artıq hər kəsə aydındır. Ona görə də inkişafın indiki mərhələsində bu vəziyyətdən yeganə çıxış yolu kimi “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiq edilməsi tövsiyə olunur.
Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Bu il aprelin 19-da isə dövlətimizin başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının əsas ideyası yaşayış məntəqəsinin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Həmin ərazidə göstərilən xidmət və yerləşən obyektlərin fəaliyyəti nəticəsində formalaşan və müvafiq qərarların real vaxt rejimində qəbul olunması üçün lazım olan məlumatlar informasiya-kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edilməklə toplanır və istifadə olunur.
Akif Musayev diqqətə çatdırıb ki, “ağıllı şəhər”, “ağıllı kənd” infrastrukturuna fiziki, İKT və xidmət infrastrukturu daxildir. Fiziki infrastruktura binalar, yollar, dəmir yolları, elektrik təchizatı xətləri, su təchizatı sistemi və s. aiddir. İKT “ağıllı şəhər” və “ağıllı kənd”in əsas komponenti olmaqla bütün digər komponentləri özündə birləşdirir və mahiyyətcə “sinir mərkəzi” rolunu oynayır. Xidmət infrastrukturu isə İKT komponentləri əsasında fiziki infrastrukturun idarə olunması funksiyasını həyata keçirir.
Konsepsiyanın digər tərkib hissəsini bütün vətəndaşlar üçün sağlam həyat tərzi təmin edən və əsas komponentləri keyfiyyətli səhiyyə, təhsil və təhlükəsizlik olan “ağıllı” həyat təşkil edir.
Müasir həyat tərzinin ayrılmaz atributları olan nəqliyyatın intellektual idarə edilməsi, “ağıllı” parkinq, ictimai nəqliyyatın idarə edilməsi, trafik qaydalarının pozulmasına videonəzarət, “ağıllı” işıqlandırma, “ağıllı” sayğac, sudan istifadənin “ağıllı” idarəedilməsi, “ağıllı” şəbəkə və s. də konsepsiyanın mühüm komponentlərindən hesab edilir.
“Ağıllı şəhər”, “ağıllı kənd”in ən vacib tərkib hissəsi ağıllı insanlar hesab edilir. Yeni insan Dördüncü Sənaye İnqilabının yaratdığı və təsəvvür edilməyəcək dərəcədə sürətlə artan informasiya seli qarşısında öz vəzifəsini yerinə yetirməlidir. Daxil olan informasiyanı təhlil etməli, qiymətləndirməli və qərar qəbul etməlidir. Bu isə ondan daha fərqli bilik və bacarıq tələb edir.
Beləliklə, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının mahiyyəti informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə daha yaxşı dövlət xidməti, operativliyin artırılması, məlumatların ictimaiyyətlə bölüşdürülməsi, eyni zamanda, “ağıllı” texnologiyalardan və məlumat təhlilindən istifadə edərək vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi əhalinin rifahının daha da yüksəldilməsinə hesablanıb.
Tehsil-press.az