H.Helmholts adına Münxen Elmi-Tədqiqat Mərkəzində Dinamik sistemlər şöbəsinin müdiri və Münxen Universitetinin professoru, dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksandr fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı Məsud Əfəndiyev Bakı Dövlət Universitetində (BDU) “Elmlərin konvergensiyası: COVID-19” mövzusunda ustad dərsi keçib.
Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov öncə alimin elmi fəaliyyəti haqqında məlumat verib, araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açıb.
Məsud Əfəndiyev ustad dərsində müasir dövrdə elmlərin konvergensiyası, onun rolu və strategiyası, səhiyyənin və biologiyanın riyaziyyata gətirdiyi yeniliklər, mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri, COVID-19 pandemiyası ilə mübarizə, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə toxunulub.
Müzakirələrdə iştirak edən BDU-nun rektoru Elçin Babayev mövzu ilə bağlı fikir və mülahizələrini bildirib.
Dərs auditoriya tərəfindən böyük maraqla dinlənilib, professor Məsud Əfəndiyev dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Tehsil-press.az