Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin növbəti iclası keçirilib

Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin növbəti iclası keçirilib Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin Akademik Şurasının növbəti onlayn iclası keçirilib.
İclasda Beynəlxalq Memarlıq Akademiyası Moskva bölməsinin üzvlüyünə namizədlərin seçilməsi məsələsi müzakirə olunub. Həmçinin qurumun akademik mərkəzləri rəhbərlərinin görülmüş işlər barədə hesabatları dinlənilib, bölmə üzvlərinin noyabrın 11-dən 13-dək Moskvada keçirilmiş “Zodcestvo” beynəlxalq festivalında iştirakının nəticələri açıqlanıb. Bundan əlavə, 2021-ci ildə MDB-də memarlıq və şəhərsalma ilinə həsr olunmuş tədbirlərdə Beynəlxalq Memarlıq Akademiyası Moskva bölməsinin iştirakına dair təkliflərə baxılıb.
İclasda Beynəlxalq Memarlıq Akademiyası Moskva bölməsinin Bakı Akademik Mərkəzinin rəhbəri, akademik Elbay Qasımzadə görülmüş işlər üzrə hesabatla çıxış edib. O, iclas iştirakçılarını 2021-ci il üçün tədbirlər planı, eləcə də beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi haqqında məlumatlandırıb.
Bakı Akademik Mərkəzindən Beynəlxalq Memarlıq Akademiyasına üzv olmaq üçün 5 namizəd təklif edilib. Səsvermənin nəticələrinə görə, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova Beynəlxalq Memarlıq Akademiyası Moskva bölməsinin həqiqi üzvü, Nərgiz Abdullayeva və İlqar İsbatov müxbir üzvləri, Rahibə Əliyeva və Fəxrəddin Miralayev isə professorları seçiliblər.

Tehsil-press.az

Oxşar xəbərlər