"Omicron" ştammı Almaniyada koronavirusun dominant variantına çevrilib

Koronavirusun "omicron" ştammı Almaniyada dominant varianta çevrilib.
Bu barədə Robert Koch İnstitutu həftəlik xülasədə məlumat verib.
Qeyd olunub ki, bütün aşkar edilmiş yoluxma halların 73 faizini məhz "omicron" ştammı təşkil etdi, halbuki bir həftə əvvəl bu göstərici 44 faizə bərabər idi.
Almaniyada son sutka ərzində 81 min koronavirusa yoluxma halı aşkarlanıb. Almaniyada 60,1 milyon insan (72%) peyvəndin iki dozasını alıb, 37 milyon (45%) buster doza ilə vaksinasiya olunub.
Hazırda Almaniyada pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq edilir, lakin onlar pandemiyanın birinci, ikinci və üçüncü dalğaları dövründə olduğundan daha yumşaqdır və əsasən peyvənd olunmayanlara aiddir.

Tehsil-press.az



Oxşar xəbərlər