Azərbaycan Texniki Universiteti (AzTU) elmi şurasının növbəti iclası keçirilib.
Rektor Vilayət Vəliyev iclasın gündəliyi ilə iştirakçıları tanış edib. Rektor iclasda universitetin akademik strukturlarının konseptual optimallaşdırılması ilə bağlı fikirlərini açıqlayıb.
Şurada əsas diqqət tədris hissəsinin yenidən qurulmasına yönəldilib və şöbələrin yenidən qurulması ilə bağlı qərar qəbul edilib. Bundan başqa, AzTU-da kafedraların sayı azaldılıb – universitetdə elmi-tədqiqat işlərinin yeni istiqamətlərinə və fakültələrin yenidən təşkilinə uyğun olaraq bir sıra kafedralar ixtisar edilərək onların bazasında yeni kafedralar yaradılıb. Gizli səsvermə yolu ilə yeni yaradılmış kafedraların müdirləri seçilib.
İclasda həmçinin tyutorların fakültə dekanlıqlarının tabeliyindən çıxaraq sərbəst fəaliyyət göstərmələri, kafedralarda mentor (məsləhətçi) postunun təsisi və AzTU tələbələrinin əmək bazarına çıxışına, universitet-sənaye əməkdaşlığına dəstək verəcək elmi-tədqiqat məhsullarının sərgi-yarmarkasının keçirilməsi təklifi bəyənilib. Elmi şura universitetdə tələbə özünüidarəsini inkişaf etdirəcək “tələbə rektor” layihəsinə müsbət yanaşıb.
İclasda rektorun müzakirəyə çıxardığı digər məsələlər elmi şura tərəfindən dəstəklənib və müvafiq qərarlar qəbul edilib.
Tehsil-press.az