Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixlərə şölə saçan, müqəddəs Zəfər yolumuzda şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsi qardaş Türkiyədə də milli birlik statusu qazanıb.
Qırx dörd günlük Vətən müharibəsində soyuq səngərlərdə, qarlı dağların zirvəsində, keçilməz meşələrdə, döyüşlərin qızğın yerində eşitdiyimiz “Qarabağ Azərbaycandır!” şüarı qardaş Türkiyənin məktəblərində də dillər əzbəridir.
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin bütün bölgələrində ölkəmizə aid həqiqətləri daha dərindən təbliğ etmək məqsədilə ali və orta təhsil müəssislərində xüsusi layihələr həyata keçirməyi planlaşdırır. Səfirliyimizin birinci katibi Elxan Zeynalovun Samsun bölgəsinə səfəri və Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində (Samsun Bafra Kolay Ortaokulu) keçirdiyi görüşlərin məqsədi də məhz Türkiyənin bu bölgəsində Azərbaycan həqiqətlərinin təbliğatı üçün təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etməkdir. Diplomat Elxan Zeynalov ilə direktor Faruk Akkurt arasında adıçəkilən məktəbdə keçirilən görüşdə səmərəli fikir mübadiləsi aparılıb. Direktor Faruk Akkurt bildirib ki, Azərbaycan səfirliyinin təşəbbüsü ilə Türkiyədəki diplomatik nümayəndəliyimiz tərəfindən Kolay məktəbində Azərbaycan otağının qurulmasına hər cür şərait yaradılacaq.
Türkiyədəki səfirliyimizin Kolay kənd orta məktəbinə təqdim etdiyi üzərində Azərbaycanla bağlı yazılar olan köynək və papaqlar, kitablar və digər ləvazimatlar təhsil müəssisəsinin kollektivi, eləcə də şagirdlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Faruk Akkurt rəhbərlik etdiyi məktəbdə Azərbaycan otağının qurulması təşəbbüsünü vacib layihə kimi dəyərləndirib. İxtisasca ingilis dili müəllimi olan Faruk Akkurtun özünün Azərbaycan sevdası ilə yanaşı, şagirdlərin də ölkəmizə və xalqımıza olan marağı Kolay kənd orta məktəbində Azərbaycanla bağlı məlumatların çox olması istəyinin təməlini təşkil edir. Direktor Faruk Akkurt hesab edir ki, modern təhsil sistemlərini mənimsəmək nə qədər faydalıdırsa, biliyi şagirdlərə milli kolaritlə tədris etmək daha da səmərəlidir. Vətənpərvərlik məktəbinin təməli yalnız Türkiyə həqiqətlərinin tədrisi ilə yekunlaşa bilməz. Şagirdlər Türkiyə tarixini, coğrafiyasını bildikləri kimi, Azərbaycana aid həqiqətləri də eyni dərəcədə öyrənmək istəyirlər.
Nehal Aktaşın dərs dediyi sinfin şagirdlərinin Azərbaycanı sevdikləri onların isti baxışlarından, maraq dolu nəzərlərindən də aydın oxunurdu. Bir sözlə, Türkiyənin Azərbaycana tükənməyən sevgisi uşaqların da qəlbini fəth edib.
Kolay orta məktəbinin şagirdlərinin Azərbaycanla bağlı çəkdikləri rəsmlər bu təhsil müəssisəsinin lövhələrini bəzəyir. Azərbaycan sevdasını hər kəs bildiyi, dərk etdiyi şəkildə tərənnüm edir. Bu lövhələrdə Azərbaycana, iki qardaş ölkənin əbədi doğmalığına aid rəsmlərin heç biri indiyədək gördüklərimizin təkrarı deyildi.
Samsun Türkiyənin milli-azadlıq mübarizəsində öz yeri və rolu ilə seçilən bir bölgədir. Qazi Mustafa Kamal Atatürk silahdaşları ilə birlikdə 1919-cu il mayın 19-da Samsun sahillərinə çıxaraq qədim türk yurdunun qurtuluş mübarizəsinə başlayıb. Bu tarixi həqiqətlə öyünən samsunluların Qarabağ Zəfərini xüsusi bir eşqlə qarşılaması olduqca təbiidir. Ən azı ona görə ki, Anadolunun bu məkanında gözünü həyata açan hər kəs vətənpərvərlik eşqi ilə tərbiyə olunur, torpaq və yurd sevdası ilə böyüyür.
Tehsil-press.az