Bakı Ali Neft Məktəbi tələbələrinin “Viskas ayı” aksiyası yekunlaşıb

Bakı Ali Neft Məktəbi tələbələrinin “Viskas ayı” aksiyası yekunlaşıb Bakı Ali Neft Məktəbinin (BANM) Heyvanlara Qayğı Klubunun (Animal Care Club) təşkilatçılığı ilə həyata keçirilən “Viskas ayı” aksiyası yekunlaşıb.
Küçə heyvanlarını yemləmək, insanları onlara daha həssas yanaşmağa sövq etmək məqsədi daşıyan aksiya iki ay davam edib. Bu müddətdə aksiyaya ali məktəbin 100-ə yaxın tələbə və əməkdaşı qoşularaq 300-dən çox küçə heyvanının yemlənməsini təmin edib.

Tehsil-press.az


Oxşar xəbərlər