Rumıniyada beş yaşından yuxarı uşaqların koronavirusa qarşı peyvənd edilməsinə başlanılıb

Rumıniyada beş yaşından yuxarı uşaqların koronavirusa qarşı peyvənd edilməsinə başlanılıb Rumıniyada beş yaşdan on bir yaşa qədər uşaqların koronavirusa qarşı peyvənd edilməsinə başlanılıb.
Peyvəndləmə ancaq valideynlərin razılığı ilə və təyinat əsasında aparılır. Ölkədə “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış xüsusi uşaq peyvəndi “Comirnaty”dən istifadə edirlər.
Qeyd edilib ki, peyvəndləmə zamanı 21 gün fasilə ilə iki doza tətbiq olunur. Rumıniyanın hakimiyyət orqanları omikron ştamının yayılması ilə əlaqədar yetkinlik yaşına çatmayanların peyvənd olunmasını zəruri hesab edir və bunu, ilk növbədə, xroniki xəstəlikləri olan uşaqlara tövsiyə edir.

Tehsil-press.az

Oxşar xəbərlər