Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər

Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər Avstriyada fevral ayından etibarən başlayacaq koronavirusa qarşı məcburi peyvəndləmə 18 yaşdan yuxarı ölkə sakinlərini əhatə edəcək.
Bu barədə bazar günü Avstriya kansleri Karl Nehammer müvafiq qanun layihəsini təqdim edərkən bildirib.
"Məcburi peyvəndləmə fevralın əvvəlindən başlayır. Kampaniya yalnız 18 yaşına çatmış şəxslərə şamil olunacaq", - deyə Kansler Vyana keçirilmiş mətbuat konfransında bildirib.
Bundan əvvəl hökumət koronavirusa qarşı peyvəndin 14 yaşından etibarən respublikanın bütün sakinləri üçün məcburi olacağını açıqlamışdı.
Məcburi peyvəndləmə haqqında qanun parlamentdə yalnız iki hakim partiyanın deputatlarının sadə səs çoxluğu tərəfindən dəstəkləndikdən sonra bu il fevralın əvvəlində qüvvəyə minməlidir. Qanun layihəsinə səsvermə yanvarın 20-nə təyin edilib.
Bu hamilə qadınlara, son 6 ay ərzində xəstəliyə yoluxaraq sağalanlara və sağlamlıq vəziyyətinə görə peyvənd edilməsi əks göstəriş olan insanlara şamil edilməyəcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər