Bu gündən İranda 9 yaşdan 12 yaşınadək uşaqlara koronavirusa qarşı peyvənd vurulmasına başlanılıb.
Bu barədə İranın Səhiyyə nazirliyinin açıqlamasında bildirilib. Bu yaşda uşaqlara İranın milli istehsalı olan “PastoCovac” və Çin istehsalı olan “Sinofarm” peyvəndlərinin vurulmasını tövsiyə edib. Açıqlamada bildirilib ki, bu peyvəndlər koronavirusun “omikron” şamına qarşı daha səmərəlidir.
Səhiyyə Nazirliyinin digər açıqlamasına əsasən son sutkada ölkə ərazisində 11 min 851 nəfər virusa yoluxub, 29 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 279 min 410 nəfər, ölənlərin sayı isə 132 min 303-ə çatıb. Eyni zamanda 6 milyon 88 min 367 nəfər sağalaraq evə buraxılıb.
Nəzərə çatdıraq ki, İranda 120 milyon doza peyvənd vurulub.
Tehsil-press.az