Türkiyənin ali təhsil müəssisələrinin adları “Dünyanın ən yaxşı universitetləri” siyahılarına daxil edilib

Türkiyənin ali təhsil müəssisələrinin adları “Dünyanın ən yaxşı universitetləri” siyahılarına daxil edilib On bir beynəlxalq reytinq qurumu tərəfindən hazırlanan “Dünyanın ən yaxşı universitetləri” siyahılarına Türkiyənin müxtəlif ali təhsil müəssisələrinin adları daxil edilib.
Siyahılarda fərqli kateqoriyalar üzrə müxtəlif ölkələrdən 500 universitetin adı yer alır.
Siyahılarda qardaş ölkənin Ortadoğu Texniki, İstanbul Texniki, İstanbul, Hacettepe, Yıldız Texniki, Ankara, Boğaziçi, Ege, Qazi, Koç, Bilkent kimi bir sıra universitetlərinin adları var.
Türkiyənin bütün kateqoriyalarda adı çəkilən ali təhsil müəssisələri isə Ortadoğu Texniki, İstanbul və Hacettepe universitetləridir.

Tehsil-press.az



Oxşar xəbərlər