Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin və həmin universitetin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə X.Yahudov qonaqlara universitetin beynəlxalq əlaqələrindən, həyata keçirdiyi beynəlxalq layihələrdən danışıb. Rektor əvəzi AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyini, “Mövlanə” mübadilə proqramı üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.
Sonra Bahri Şahin rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verib. Bahri Şahin bildirib ki, əsası 1911-ci ildə qoyulan Yıldız Texniki Universitetində 11 fakültə var və bu fakültələrin bir çoxu əsasən mühəndis kadrlar hazırlayır. Qeyd olunub ki, hazırda 36 min tələbənin təhsil aldığı Yıldız Texniki Universitetində Texnopark fəaliyyət göstərir ki, bu da tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinə şərait yaradır.
Müzakirələrdən sonra Azərbaycan və Türkiyənin texniki universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Hüseyn Şərifov