BSU-nun fəal tələbələri və əməkdaşları Gənclər Günü münasibətilə sertifikatlarla təltif ediliblər

BSU-nun fəal tələbələri və əməkdaşları Gənclər Günü münasibətilə sertifikatlarla təltif ediliblər Gənclər cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyidir. Sizə tövsiyəm budur: öyrənərək inkişaf edin! Siz gələcəkdə öz sahənizin mütəxəssisi olmalı, müasir dünyanın inkişaf trendlərinə uyğun formalaşmalısınız.
Bu fikirləri Bakı Slavyan Universitetinin (BSU) rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Azərbaycan Gəncləri Günü münasibətilə universitetin bir qrup tələbəsi və əməkdaşı ilə keçirilən görüşdə səsləndirib.
Görüşdə tələbələr və əməkdaşlar universitet həyatı, ictimai fəaliyyətləri və gələcək planları barədə danışıblar, həmçinin şəffaf və obyektiv keçirilən payız semestrinin imtahan sessiyası ilə bağlı təəssüratlarını bölüşüblər.
Universitetin magistrantı Sevinc Fomenko, Təhsil fakültəsindən Günel Nağıyeva, Xarici dil müəllimliyi fakültəsindən Elgün Məhyəddinli, Humanitar və sosial elmlər fakültəsindən Aytac Bayramova, Filologiya fakültəsindən Aytəkin Səmədzadə, Tərcümə fakültəsindən Leyla Seyidova təhsildə qazandıqları nailiyyətlərə və ali məktəbin ictimai həyatında fəal iştiraklarına görə sertifikatlara layiq görülüblər. Həmçinin Humanitar və sosial elmlər fakültəsindən Nizami Xəlilova və Güllər Həsənovaya gənc könüllülər hərəkatında xüsusi fəallıqlarına görə sertifikatlar təqdim olunub. Tədrisin təşkili və tədris resursları şöbəsinin mütəxəssisi Zümrüd Yolçuyeva, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının laborantı Elza Məmiyeva isə nümunəvi fəaliyyətlərinə görə sertifikatlarla təltif ediliblər.

Tehsil-press.az


Oxşar xəbərlər