Pedaqoji Universitetin fəal tələbələri Gənclər Günü münasibətilə təltif ediliblər

Pedaqoji Universitetin fəal tələbələri Gənclər Günü münasibətilə təltif ediliblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri təhsillərində olduğu kimi, ölkəmizin ictimai həyatında da özünəməxsus yer tuturlar. Belə ki, "2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə Universitetin dörd nəfər aktiv tələbəsi müxtəlif qurumlar tərəfindən təltif edilib.
Gənclər Günü münasibətilə ADPU-nun Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Bundan başqa Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən uzunmüddətli ictimai fəaliyyəti ilə seçilən, hazırda İrəli İctimai Birliyinin İnsan resursları katibliyində baş koordinator kimi çalışan Tərlan Ağayev "İlin gənci" adı ilə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Səkinəxanım Mirzəzadə və ADPU Könüllüləri Tələbə Birliyinin sədri Asim İbrahimov isə Fəxri Fərmanla təltif edilib. Mükafatlandırma mərasimi zamanı çıxış edən T.Ağayev gənclərin inkişafına daimi dəstəyi verən, diqqət və qayğı göstərərək fəaliyyətlərini yüksək qiymətləndirən YAP Səbail rayon təşkilatı rəhbərliyinə təşəkkür edərək ADPU-da tələbələrin ictimai fəaliyyəti üçün yaradılan geniş imkanlardan söz açıb.
Qeyd edək ki, həm də ADPU TGT 2021-ci ildəki fəaliyyətinin yekunlarına görə "İlin TGT-si" seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər