Bakı Slavyan Universitetinin müəllimləri yubileyləri münasibətilə mükafatlandırılıb

Bakı Slavyan Universitetinin müəllimləri yubileyləri münasibətilə mükafatlandırılıb İyulun 16-da Bakı Slavyan Universitetinin (BSU) rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Mehri Axundovanı 75 illik, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının baş müəllimi, Birinci Qarabağ müharibəsi veteranı Babaşah Babayevi 70 illik yubileyləri münasibətilə qəbul edib.
BSU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar Nağıyev universitetin kollektivi adından dosent Mehri Axundovanı və baş müəllim Babaşah Babayevi əlamətdar yubileyləri münasibətilə təbrik edib, onlara uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə təşəkkürnamə təqdim edib. Anar Nağıyev onların böyük iş təcrübəsinin cəmiyyətdə geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb.
Yubilyarlar göstərilən diqqətə görə BSU-nun rəhbərliyinə təşəkkür edərək bundan sonra da əzmlə fəaliyyət göstərəcəklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər