Ottavada etiraz aksiyaları səbəbindən fövqəladə vəziyyət elan olunub

Ottavada etiraz aksiyaları səbəbindən fövqəladə vəziyyət elan olunub Ottava administrasiyası iri yük maşınlarının sürücülərinin koronavirus məhdudiyyətlərinə qarşı keçirdiyi etiraz aksiyaları səbəbindən şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.
Etirazçılar federal və regional hakimiyyət orqanlarından pandemiya ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edirlər.
Ottava meri hakimiyyətin və polisin vəziyyətə artıq nəzarət edə bilmədiklərini deyib. Şəhərin polis rəisi Piter Sloli isə nümayişin qarşısını almaq üçün əməkdaşların çatmadığını etiraf edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, fevralın 5-də yerli sakinlərin və başqa şəhərlərdən gələn vətəndaşların aksiyalara qoşulması ilə etirazçıların sayı 5 min nəfərə çatıb.
Qeyd edək ki, yanvarın 29-da təhlükəsizlik nöqteyi-nəzərindən paytaxtdakı iqamətgahını tərk edən Baş nazir Castin Trüdo və ailəsinin bazar ertəsi günü koronavirusa yoluxduğu məlum olub. Kanada hökumətinin başçısı etirazçılarla danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər