Minskdə etiraz aksiyası, saxlanılanlar var

Minskdə etiraz aksiyası, saxlanılanlar var Bazar günü Belarusun paytaxtı Minskdə keçirilən icazəsiz etiraz aksiyalarında 10-dan çox insan saxlanılıb.
“Minskdə artıq on nəfərdən çox saxlanılan var. Hamısı icazəsiz aksiyalarda iştirak etdiyi üçün. İnsanlar qeydiyyatdan keçməmiş simvolikadan istifadə edirlər”, - o deyib.
Çemodanova əlavə edib ki, bazar günü ölkənin bir neçə regionunda keçirilən etiraz aksiyaları ilə bağlı vəziyyət nəzarət altındadır.
“Belarusun bir sıra bölgələrində, o cümlədən Qrodno, Moqilyov, Soliqorsk, Lida, Minskdə etiraz aksiyaları keçirilir, onların hamısı icazəsizdir, onlarda 50-dən 300-ə qədər insan iştirak edir, daha çox etirazçı Minskdə çıxıb”, - Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər