Kanadada məcburi vaksinasiyaya qarşı etiraz aksiyaları

Kanadada məcburi vaksinasiyaya qarşı etiraz aksiyaları Kanadanın müxtəlif yerlərində müəyyən kateqoriyalı vətəndaşların koronavirusdan məcburi peyvənd edilməsinə, eləcə də COVID pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.
Etiraz aksiyalarından miqyasca ən böyüyü Vankuverdə (Britaniya Kolumbiyası əyaləti) keçib və 5 min iştirakçı toplayıb.
Etiraz aksiyaları regionun Kamlups, Viktoriya və Nanaymo kimi digər şəhərlərində də keçirilib. Etirazçılar hesab edirlər ki, bu cür hərəkətlərlə hakimiyyət orqanları onların həm Kanada Hüquq və Azadlıqları Xartiyası, həm də yerli qanunlarla təmin edilmiş hüquqlarını pozurlar. Aksiyaların bəzi iştirakçıları hakimiyyətin hərəkətlərini irqi seqretasiya dövrləri və nasist Almaniyasındakı qayda-qanunlarla müqayisə ediblər.
Qeyd edək ki, Britaniya Kolumbiyası hakimiyyət orqanları bəyan edib ki, oktyabrın 31-dək bütün səhiyyə işçiləri koronavirusa qarşı məcburi peyvənd olunmalıdırlar. Bundan başqa, regionda COVID pasportları tətbiq etməyi planlaşdırırlar. Bunsuz insanları restoranlar, idman zalları, kinoteatrlar və müxtəlif kütləvi tədbirlərə buraxmayacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər