BDU ilə Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti arasında əməkdaşlıq genişlənir

BDU ilə Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti arasında əməkdaşlıq genişlənir Bakı Dövlət Universiteti (BDU) ilə Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
BDU dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirir. Beynəlxalq əməkdaşlıq universitetinin inkişaf strategiyasında prioritet istiqamətlərdən hesab olunur.
BDU ilə Alexandru İoan Cuza İasi Universiteti arasında imzalanan protokolda tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi əksini tapıb. Əməkdaşlığın əsas məqsədi BDU-nun Alexandru İoan Cuza İasi Universiteti ilə əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Alexandru İoan Cuza İasi Universitetinin rektoru Tudorel Toader imzalayıblar.
Əsası 1860-cı ildə qoyulmuş Alexandru İoan Cuza İasi Universitetində 25 min tələbə təhsil alır. Universitetdə 15 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər