UNEC ilə DAAD arasında əməkdaşlıq əlaqələri genişləndirilir

UNEC ilə DAAD arasında əməkdaşlıq əlaqələri genişləndirilir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi regional ofisinin rəhbəri Gebhard Reul və Azərbaycan üzrə təhsil proqramlarının koordinatoru Sevər Qarayeva ilə görüşüb.
Görüşdə UNEC ilə DAAD arasında əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. DAAD-ın dəstəyi ilə Almaniyanın Siegen Universitetinin tələbələri üçün UNEC-də qış məktəbinin təşkil olunduğu, müəllim-tələbə mübadiləsinin həyata keçirildiyi diqqətə çatdırılıb.
Sonra UNEC ilə Almaniyanın aparıcı universitetləri arasında ikili və birgə diplom proqramlarının reallaşdırılması, tədris proqramlarının akkreditasiyası, Almaniyanın nüfuzlu universitetlərindən professor-müəllim heyətinin UNEC-də tədrisə cəlb olunması, birgə yay və qış məktəblərinin, layihələrin təşkili, təlimlərin, seminarların, müsabiqələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər