Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb.
Görüşdə professor M.Babanlı Almaniya universitetləri ilə ADNSU arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, onlarca azərbaycanlı tələbənin Almaniyanın nüfuzlu universitetlərində təhsil alması üçün geniş imkanlar yaradılıb.
M.Babanlı, eyni zamanda, ikili diplom proqramlarının genişləndirilməsi və akkreditasiya olunan ixtisaslardan bəhs edib. Bildirilib ki, 8 ixtisas beynəlxalq akkreditasiyadan keçirilib və Almaniyanın iki agentliyi tərəfindən tanınıb. Qarşıdakı tədris mövsümündə 10 ixtisasın da akkreditasiyadan keçiriləcəyi planlaşdırılır.
Rektor Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin elmi əlaqələrin genişlənməsində, mübadilə prosesində xüsusi rol oynadığını diqqətə çatdırıb.
Səfir Volfqanq Maniq iki ölkə arasında əlaqələrin hər zaman yaxşı olmasının təhsil sahəsindəki əməkdaşlıqda da müsbət tendensiya yaratdığını xüsusi vurğulayıb. O, ikili diplom proqramlarının tətbiqi, həmçinin ADNSU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlığı üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Qeyd edib ki, Alman Akademik Mübadilə Xidməti Bakı Məlumat Mərkəzi Almaniya universitetlərinin bir nümunəsi olaraq beynəlxalq elm təşkilatıdır.
DAAD Bakı Məlumat Mərkəzinin rəhbəri Hikmət Kamallı, ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalovun da iştirak etdikləri görüşdə Azərbaycanda alman dili kursları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az