Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Oxu klubu”nun üzvləri ilə ilk görüş keçirib.
Universitet əməkdaşları və tələbələrin şəxsi inkişaf səviyyəsinin artırılması məqsədilə keçirilən görüşdə məhsuldar və düzgün oxu üçün lazım olan şərtlər haqqında məlumat verilib. Həmçinin klub üzvlərinin hazırda oxuduqları ədəbiyyatlarla bağlı müzakirələr aparılıb.
“Oxu klubu”nun fəaliyyət planı çərçivəsində iştirakçıların oxu vərdişi və moderatorluq qabiliyyəti inkişaf etdiriləcək, ədəbiyyat nümunələri və şeirlərin təhlili aparılacaq. Eyni zamanda, iştirakçıların oxu bacarıqlarının inkişaf etdirməsi məqsədilə psixi proseslər üzrə praktik çalışmalar nəzərdə tutulur.
Klub üzvləri ilə görüş ayda iki dəfə 2 saat olmaqla təşkil ediləcək.
Tehsil-press.az