Bakı Dövlət Universitetində (BDU) Psixoloji yardım sektoru fəaliyyətə başlayıb.
Azərbaycanın ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da yaradılan psixoloji yardım xidmətinin məqsədi təhsil müəssisəsi əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirməkdir.
Professor və müəllimlərin, tələbələrin, media nümayəndələrinin iştirak etdikləri açılış mərasimində BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Burada təlim fəaliyyəti üçün əlverişli sosial-psixoloji və sosial-pedaqoji şərait yaradılacaq. Psixoloji xidmət fəaliyyətinin ali təhsil sisteminin müasir prinsiplərinə müvafiq olması, psixoloji xidmətin ali məktəbdə elmi, tətbiqi və praktik aspektlərinin vəhdəti Psixoloji yardım sektorunun əsas təşkilati və fəaliyyət prinsipləridir.
BDU-nun Psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev universitetdə Psixoloji yardım sektorunun yaradılmasının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, bu sektor müəllim və tələbələr arasında qarşılıqlı anlaşma və hörmət mühitinin yaranmasına, tələbələrdə yarana biləcək emosional və psixi böhranın qarşısının alınmasına töhfə verəcək.
Psixoloji yardım sektorunun rəhbəri, psixoterapevt Arif Sadıxov, Sosiologiya və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə müvafiq sektorun səmərəli fəaliyyət göstərəcəyinə əmin olduqlarını söyləyiblər.
Qeyd edək ki, yalnız Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələr üçün nəzərdə tutulan Psixoloji yardım sektorunda “Stress və stressin idarə olunması”, “Depressiv vəziyyət”, “Psixosomatik problemlər”, “Cütlük münasibətləri”, “Şəxsi inkişaf” mövzularında təlimlər keçiriləcək, “Əhval-ruhiyyə pozuntuları”, “Yuxu pozuntuları”, “Ailə konsultasiyası”, “Həyəcan-təşviş pozuntuları”, “Postravmatik stress və əlaqəli pozuntular”, “Cinsi problemlər”, “Cütlük konsultasiyası”, “Zərərli vərdişlər” kimi xidmətlər göstəriləcək.
Tehsil-press.az