Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2022-ci ildə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün daim yenilənən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı birinci onlayn təlim keçirilib.
Tədbir Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən DİA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə mövcud əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub.
İlk təlim mühazirəsini Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təqdim edib.
Məruzəçi Azərbaycanın son illərdə inkişafı ilə bağlı məlumat verib. O, qeyd olunan uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının dayandığını xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdırır.
Akademik bildirib ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdən yüksək olması respublikanın iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir.
Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya ölkələrinə nümunə olmasında Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.
Məruzəçi qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, ölkənin davamlı inkişafı innovativ dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahatların nəticəsidir.
U.Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin gücünün daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi Qayıdışın təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Sonra fikir mübadiləsi olub.
Təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim ediləcək.
Tehsil-press.az