Türkiyə Respublikası Prezidenti Administrasiyası İnsan Resursları Ofisinin rəhbəri Salim Atay Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
2021-ci il fevralın 19-da Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın doqquzuncu iclasında imzalanmış protokol çərçivəsində iki ölkənin dövlət qulluqçularının hazırlanması və inkişafı sahəsində əməkdaşlığına dair qərar qəbul olunub. Protokola əlavə edilmiş Fəaliyyət Planında, həmçinin təhsil və insan resurslarının inkişafı ilə bağlı birgə fəaliyyətin qarşılıqlı münasibətlərə təkan verəcəyi vurğulanıb. Bu çərçivədə Türkiyə Prezidenti Administrasiyası İnsan Resursları Ofisinin rəhbərliyinin dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə fəaliyyəti nəzərdə tutulub.
İyunun 16-17-də Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin rəhbəri Salim Atay, şöbə müdirləri Savaş Ceylan, Neşə Gülməz və layihə rəhbəri Aysun Koç qeyd edilən Fəaliyyət Planının icrası ilə bağlı məsələlərin müzakirəsi üçün Dövlət İdarəçilik Akademiyasında toplantı keçiriblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Türkiyə təmsilçilərinə Azərbaycanın son illərdə iqtisadi, siyasi, humanitar inkişafı ilə bağlı məlumat verib. Rektor qeyd olunan uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Türkiyə Respublikası, müstəqilliyinin bərpasından indiyədək hər zaman Azərbaycanın yanında olub və ölkənin uğurlu inkişafına dəstəyini əsirgəməyib. U.Ələkbərov Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu deyib. Rektor diqqətə çatdırıb ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var.
U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir.
Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin rəhbəri Salim Atay dövlət kadrlarının hazırlanması sahəsində ölkəsinin təcrübəsi barədə ətraflı bilgi verib. Eyni zamanda, Türkiyə rəsmisi kadr potensialının təkmilləşdirilməsi sahəsində innovasiyaların Azərbaycanda tətbiqi imkanları ilə bağlı fikirlərini bölüşüb.
Müzakirələrdə Dövlət İdarəçilik Akademiyasının prorektorları professor Əlikram Abdullayev, dosent Cəfər Eyvazlı, şöbə müdirləri dosent Rəcəb Rəhimli və professor Ziyafət Həbibova iştirak ediblər.
DİA-nın “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müdiri, dosent Rəcəb Rəhimli Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının hazırlanması və yenidən hazırlanması sistemi barədə məlumat verib. Natiq dövlət qulluqçularının hazırlanması prosesində iki ölkənin əməkdaşlığının böyük fayda verəcəyini vurğulayıb.
Toplantının sonunda gələcək birgə fəaliyyətə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və perspektiv əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Tehsil-press.az