Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar BDU-da silsilə tədbirlər təşkil olunur

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar BDU-da silsilə tədbirlər təşkil olunur Xocalı hadisəsi XX əsrin ən dəhşətli faciəsidir. Azərbaycan xalqının tarixinə qanla yazılan Xocalı qırğını heç zaman yaddan çıxmayacaq. Bu qanlı qırğın təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.
Bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev söyləyib. Rektor qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilər Xocalıda günahsız insanları – qadınları, uşaqları, qocaları, gəncləri amansızcasına qanlarına qəltan ediblər.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar BDU-da keçirilən silsilə tədbirlər barədə məlumat verən E.Babayev deyib ki, universitetdə faciə ilə bağlı kitab və foto sərgiləri, dəyirmi masalar, konfranslar təşkil olunur. Xocalı həqiqətləri haqqında məlumatlar dünya ictimaiyyətinə daha ətraflı çatdırılmalıdır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən bəhs edən rektor işğaldan azad olunmuş torpaqlarımızda bu gün geniş quruculuq tədbirlərinin həyata keçirildiyini söyləyib. “Biz istəyirik ki, işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq tədbirlərində tələbələrimiz, məzunlarımız çox fəal iştirak etsinlər, doğma Vətənimizə, xalqımıza daim ləyaqətlə xidmət göstərsinlər”,- deyə rektor E.Babayev bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər