Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə dekan müavini Samir Mirzəyev faciənin XX əsrin ən dəhşətli hadisələrindən biri olduğundan, erməni silahlı dəstələrinin Xocalıya hücum edərək günahsız dinc əhaliyə divan tutmasından bəhs edib.
Tədbirdə çıxış edən politoloq, “Trend” informasiya agentliyi baş direktorunun müavini Arzu Nağıyev beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə qanlı faciə kimi daxil olan Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyduğunu bildirib. Politoloq XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. O, tələbə-jurnalistləri həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.
Dünya Axıska Türkləri Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Məmməd Şamilov isə çıxışında bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsinin vacibliyini vurğulayıb: “Bu hadisələr Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlanmalıdır”.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, professorlar Cahangir Məmmədli, Nəsir Əhmədli Xocalı soyqırımının dünyada tanınması istiqamətində imzalanmış mühüm dövlət sənədlərini xatırladıblar və bu işdə gənclərin üzərinə düşən vacib məqamları diqqətə çatdırıblar.
Sonda fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az