AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq 9-10-cu sinif şagirdləri arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin birinci mərhələsi keçirilib. Respublika üzrə 22 müxtəlif məktəbdən ərizə ilə müraciət edən şagirdlərdən 65 nəfəri müsabiqəyə qatılıb.
Birinci mərhələ 30 sualdan ibarət olmaqla test üsulu ilə keçirilib. Bu mərhələdə sualların 70 faizinə düzgün cavab verən şagirdlər ikinci mərhələyə adlayıblar.
Qeyd edək ki, ikinci mərhələ mayın 25-də keçiriləcək. Bu mərhələdə sualların 70 faizinə düzgün cavab verən şagirdlər üçüncü mərhələyə vəsiqə qazanacaqlar. Üçüncü mərhələ isə sentyabrın 21-də təşkil olunacaq. Bu mərhələdə şagirdlərdən I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr veriləcək, üçüncü mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaqlar.
Tehsil-press.az