Azərbaycan Texniki Universitetinin tələbələri mülki müdafiə sahəsində mütəmadi olaraq maarifləndirilir

Azərbaycan Texniki Universitetinin tələbələri mülki müdafiə sahəsində mütəmadi olaraq maarifləndirilir Azərbaycan Texniki Universitetində (AzTU) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Azərbaycanın 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olduğunu və onun bütün tədbirlərində fəal iştirak etdiyini söyləyib. Kamran Rəsulov qeyd edib ki, ölkəmizdə mülki müdafiənin başlıca vəzifəsi əhalinin mühafizəsi və təhlükəsizliyidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün sahələr kimi, mülki müdafiə sahəsinə də daim diqqət və qayğı göstərir. Ölkəmizdə Fövqəladə Hallar Nazirliyi sözügedən istiqamətdə mühüm işlər həyata keçirir.
Vurğulanıb ki, AzTU-da tələbələrin mülki müdafiə sahəsində maariflənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
Daha sonra AzTU-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Ələsgər Vəliyev və şöbənin aparıcı mühəndisi İslam Hüseynov ölkədə, eləcə də universitetdə mülki müdafiə sahəsində görülən işlər barədə ətraflı məlumat veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər