ADU-da Ümumdünya Hemofiliya Gününə həsr olunan tədbir keçirilib

ADU-da Ümumdünya Hemofiliya Gününə həsr olunan tədbir keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “17 aprel Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir“ mövzusunda tədbir keçirilib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanova universitetdə mütəmadi olaraq sağlamlıqla bağlı aktual mövzulara həsr olunan tədbirlərin keçirildiyini, bunun tələbələrin tibbi sahədə maariflənməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İctimai Birliyinin sədri Gülnarə Hüseynova hemofiliya və talassemiya kimi irsi genetik qan xəstəliklərinin xüsusiyyətləri, oxşar və fərqli cəhətləri haqqında ümumi məlumat verib. O, nadir hallarda kişilərdə rast gəlinən hemofiliya xəstəliyini düzgün müalicə etməklə gələcək nəsillərə sağlam həyat bəxş etməyin mümkün olduğunu diqqətə çatdırıb. Hemofiliyalı xəstələrə göstərilən dövlət qayğısından danışan G.Hüseynova pasiyentlərə dərman preparatlarının dövlət hesabına verildiyini bildirib.
Daha sonra assosiasiyanın icraçı direktoru Ayaz Hüseynov və beynəlxalq əlaqələr üzrə koordinatoru Vüqar Tarverdiyev İctimai Birliyin fəaliyyəti, məqsədləri, gördüyü işlər, qarşıda duran məsələlər və gələcək planları haqqında məlumat veriblər. Onlar tələbələri maarifləndirməklə xəstəliyin qarşısının alınması istiqamətində zamanında tədbirlər görülə biləcəyini vurğulayıblar.
Görüş tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da Ümumdünya Hemofiliya Gününə həsr olunan tədbir keçirilib

ADU-da Ümumdünya Hemofiliya Gününə həsr olunan tədbir keçirilib

Oxşar xəbərlər