Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə 1 Mart-Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev universitetdə Mülki Müdafiə Gününə həsr olunan tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini söyləyib. O, bu tədbirlərin təşkil olunmasının tələbələrin baş verə biləcək qəzalar zamanı özünümüdafiə qaydalarını mənimsənməsində əhəmiyyətli rola malik olduğunu vurğulayıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları İdarəsinin rəis müavini, polkovnik Qüdrət Ağayev 1 Mart-Beynəlxalq Mülki Müdafiə Günü haqqında ətraflı məlumat verərək “Fövqəladə Hallar Nazirliyinin əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyəti” adlı təqdimatla çıxış edib. O, çıxışında fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, ziyan və itkilərin həcminin maksimum azaldılması, o cümlədən nəticələrinin aradan qaldırılması, mülki müdafiənin təşkil edilməsi prinsipləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Ölkə qanunvericiliyində mülki müdafiənin tələbləri haqqında danışan polkovnik Q.Ağayev insanların vəzifə və rütbələrindən asılı olmayaraq təhlükəsizlik qaydalarına əməl etmələrinin vacibliyini vurğulayıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım İdarəsinin həkim anestezioloq-reanimotoloqu Emil Xudulu qəza zamanı yaralıya göstərilə biləcək ilk yardımın növləri haqqında söhbət açıb. O, yardımetmə zamanı məsuliyyətli olmağın vacibliyindən danışıb və müxtəlif yanıqlar, qanaxmalar, sınıqlar zamanı zədə alan insana maksimum faydalı ola bilən tibbi biliklər haqqında ətraflı məlumat verib.
Mülki Müdafiə Qoşunlarının Radiasiya və Kimya laboratoriyasının bölmə rəisi, baş leytenant Ceyhun Cəlilov isə qazsızma, müxtəlif zəhərli maddələrin dağılması və digər təhlükəli
hallar zamanı istifadə olunan material bazası barədə danışıb. O, suda və havada olan çirklənmə, radiasiya və müəyyən qrup qazları aşkarlayan cihazlar və onların taktiki, texniki göstəriciləri, həmçinin əleyhqaz, dəri mühafizə vasitələri və digər avadanlıqların istifadə qaydalarını əyani surətdə iştirakçılara göstərib.

ADU-nun Mətbuat Xidməti