Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki müdafiə idarəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının illik mülki müdafiə tədbirlər planına müvafiq olaraq 14 noyabr 2017-ci il tarixində Akademiyanın rəhbər, tələbə, müəllim-professor və işçi heyəti cəlb olunmaqla Mülki müdafiə üzrə nümunəvi təlim keçirib.
Tədbirdə Mülki müdafiə idarəsinin rəisi polkovnik V.Tahirov, Mərkəzi mülki müdafiə kurslarının rəisi polkovnik A.Qəribov, Mülki müdafiənin təşkili və planlaşdırılması şöbəsinin rəisi mayor R.Quliyev, səyyar kimya kəşfiyyatının rəisi leytenant O.Cəfərov və Mülki müdafiə idarəsinin digər mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın ümumi işlər üzrə prorektoru Ə.Quliyev tədbirlə bağlı məlumat verdikdən sonra Mülki müdafiə idarəsinin rəisi V. Tahirov və Mərkəzi Mülki müdafiə kurslarının rəisi A.Qəribov çıxış ediblər.
Təlimdə əsas məqsəd fövqəladə hadisələrin baş vermə səbəbləri, nəticələri və xilasetmə işlərinin təşkili və aparılması qayda və üsullarını əməkdaşlara çatdırmaqdır. Mülki müdafiə idarəsinin əməkdaşlarının əyani vəsait kimi təqdim etdikləri müasir fərdi mühafizə vasitələri və avadanlıqları əyani şəkildə izah edilməklə nümayiş etdirilib. Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin strukturlarının iştirakı ilə 2015-ci ildə keçirilmiş “Xəzər-2015” komanda-qərargah təliminin video filmi nümayiş etdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi