Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov və universitetin professor-müəllim heyəti ilə nazirliyin müəssisələrində çalışan “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunları ilə görüş keçirilib.
Görüşdə qeyd olunub ki, respublikanın müdafiə sənayesi kompleksinin yüksəkixtisaslı kadrlara olan təlabatının ödənilməsi məqsədilə 2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə AzTU-da “Xüsusi texnika və texnologiya” fakültəsi və müvafiq kafedralar yaradılıb. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə yaradılan fakültədən hazırkı dövrə qədər 275 tələbə məzun olub. Məzunlardan böyük əksəriyyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunub və onların hər birinə nazirlik tərəfindən böyük diqqət ayrılıb.
Birliyin baş direktoru İlqar Nəzərov fakültənin məzunlarından 58 nəfərin “İqlim” Elmi İstehsalat Müəssisəsində işə götürüldüyünü qeyd edib. O, məzunların hazırlıq səviyyəsindən və fəaliyyətindən razı olduğunu bildirib.
Professor Xalıq Yahudov AzTU-nun məzunlarına göstərilən qayğı və diqqətə görə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevə və müəssisənin rəhbərliyinə təşəkkür edib.
Görüşdə “Xüsusi texnika və texnologiya” fakültəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyası və Azərbaycan Respublikasının Milli Qəhramanı Çingiz Qurbanov adına ixtiraçılar klubunun nazirliyin “İqlim” Elmi İstehsalat Müəssisəsinin texniki problemlərinin həllində yaxından iştirakı tövsiyə olunub.
Görüşdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov, Ümumi işlər üzrə prorektor Əbülfəz Talıbov, “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı, dosent Ramiz Hüseynov, “Xüsusi texnologiya və avadanlıqlar” kafedrasının müdiri, professor Ələkbər Hüseynov iştirak edib.
AzTU-nun Mətbuat Xidməti