UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçirilir

UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçirilir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi təşkil edilib.
“Azərbaycan iqtisad elminin uğurları” adlı virtual sərgidə UNEC alimlərinin iqtisadiyyat elminin ayrı-ayrı sahələrinin inkişafı istiqamətində əldə etdiyi elmi nailiyyətləri özündə ehtiva edən müxtəlif dillərdə dərslik, dərs vəsaiti və monoqrafik nəşrləri haqqında məlumatlar öz əksini tapıb. Burada universitetin professor-müəllim heyətinin beynəlxalq nəşrlərdən etdiyi mükəmməl tərcümə vəsaitləri də yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər