UNEC-də Ümumxalq Hüzn Gününə həsr olunan virtual sərgi hazırlanıb

UNEC-də Ümumxalq Hüzn Gününə həsr olunan virtual sərgi hazırlanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı virtual kitab sərgisi və fotostend hazırlayıb.
Bütün tədris binalarının kitabxanalarında 20 Yanvara həsr edilmiş kitab sərgiləri, fotolardan ibarət guşələr yaradılıb.
Sərgi və guşələrlə yaxından maraqlanan tələbələrə 20 Yanvar hadisələri barədə məlumat verilir.
UNEC-in e-kitabxanasındakı virtual sərgidə isə həmin hadisələri əks etdirən Azərbaycan, rus, ingilis dillərində kitablar haqqında məlumat verilir.

Tehsil-press.az



Oxşar xəbərlər