Bakı Ali Neft Məktəbi (BANM) və Fransanın “Axens” şirkəti arasında onlayn görüş keçirilib.
BANM-in rektoru Elmar Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova, “Axens” şirkətinin regional satış üzrə direktoru Alain Dune və kommersiya direktoru Fabien Lundyin iştirak etdikləri görüşdə təhsil müəssisəsi ilə şirkət arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri, inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, BANM və “IFP School” arasında 2013-cü ildən tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqatlar, layihə və proqramlar çərçivəsində əməkdaşlığı nəzərdə tutan razılaşma mövcuddur.
“Axens” şirkəti neft, neft-kimya sektorunda fəaliyyət göstərən, xüsusilə emal, üzvi kimya, qaz və bərpaolunan enerji sahələrində neft və biokütlələrin ekoloji təmiz yanacağa çevrilməsi üçün zəruri olan xidmətlər təklif edir. On bir ölkədə təmsil olunan şirkətin 3 mindən artıq sənaye bölməsi fəaliyyət göstərir. Şirkət çirkli suların təmizlənməsi üzrə də xidmətlər təklif edir.
Tehsil-press.az