Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə tələbələr (bakalavr və magistrantlar) arasında 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunan “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə keçiriləcək.
Müsabiqənin məqsədi təhsil, elmi-tədqiqat və innovasiya fəaliyyəti kimi bacarıqlara malik istedadlı tələbələri seçmək, onlarda innovativ sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək bacarıqlarını inkişaf etdirmək, fərqlənən BDU tələbələrini mükafatlandırmaqdır.
Müsabiqə üzrə qaliblər diplom və pul mükafatları ilə təltif ediləcəklər: 1-ci yer: bir layihə – 1500 manat, 2-ci yer: bir layihə – 1000 manat, 3-cü yer: bir layihə – 500 manat.
BDU-nun tələbələri (bakalavriat və magistratura) müsabiqədə fərdi və ya komanda (3 nəfərdən ibarət) şəklində iştirak edə bilərlər.
Təklif olunan layihə müsabiqənin aşağıdakı 4 kateqoriyasından ən azı birinə aid və layihənin elmi ideyası yeni olmalıdır.
Müsabiqənin kateqoriyaları: sosialyönümlü texnologiyalar və sosial innovasiyalar; “ağıllı” şəhər, kənd və ev konsepsiyası; alternativ enerji sistemləri; su və enerji ehtiyatlarına qənaət sistemləri və “ağıllı həllər”; itkisiz texnologiyalar və təkrar emal: yeni yanaşmalar.
Qeyd edilən şərtlər daxilində hazırlanmış layihələr martın 30-dək [email protected] elektron ünvanına göndərilməlidir.
Qalib layihələr üzrə ideyaların reallaşdırılması üçün şərait yaradılacaq.
BDU-nun internet saytında müsabiqədə iştirak etmək üçün müraciət, komandaların və layihələrin tərtibi qaydaları və s. barədə ətraflı məlumat verilib.
Tehsil-press.az