Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib Təhsil naziri Emin Əmrullayev Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının əsaslı təmir və tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir qəbula yazılan vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Tehsil-press.az


Oxşar xəbərlər