BDU-nun tələbələri beynəlxalq gənclər təşkilatının təcrübə proqramları haqqında məlumatlandırılıb

BDU-nun tələbələri beynəlxalq gənclər təşkilatının təcrübə proqramları haqqında məlumatlandırılıb Bakı Dövlət Universitetində (BDU) AIESEC təşkilatı və BDU Könüllüləri tərəfindən təcrübə proqramları haqqında məlumatlandırıcı tədbir keçirilib.
tədbirdə AIESEC beynəlxalq gənclər təşkilatının yaranma tarixi, inkişaf yolu, xaricdəki könüllü və maaşlı təcrübə proqramlarında iştirak etmək üçün qeydiyyat prosedurları haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxarmaq, onların inkişafına töhfə verməkdir. Yarandığı gündən bir milyondan çox gəncin şəxsi inkişafına səbəb olan təşkilat müxtəlif proqramlar vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı yaradıb.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, AIESEC təşkilatı Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir. Hazırda “AIESEC Azərbaycan” təşkilatının ölkəmizdə 200-dən artıq fəal üzvü var.

Tehsil-press.az


Oxşar xəbərlər