Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UniLab” layihəsi çərçivəsində tələbələr üçün silsilə seminarlar keçirilib.
ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva və tələbələrin iştirak etdikləri tədbirlərdə “UniLab” layihəsinin mahiyyəti, məqsədi, layihə çərçivəsində görülən işlər haqqında təqdimatlar nümayiş olunub.
Eyni zamanda, beynəlxalq mübadilə proqramları haqqında tələbələrə ətraflı məlumat verilib, müraciət qaydaları və tədris prosesi izah edilib. Tələbələrin təcrübə prosesində qarşılaşdıqları problemlər müzakirə olunub, onların təcrübə ilə bağlı fikir və təklifləri dinlənilib.
Tehsil-press.az