Ümumilikdə 32 gəncin iştirakı ilə keçirilən “ADAMUN” Gənclər Forumunun mükafatlandırma və bağlanış mərasimləri baş tutub. Bununla da sentyabrın 10-dan etibarən keçirilən Forum öz fəaliyyətini uğurla başa vurub.
Forumda iştirak edən və hər biri 4 iştirakçıdan ibarət olan 8 komanda gənclərin üzləşdiyi problemlərin həlli istiqamətində hazırladıqları layihə təkliflərini ekspertlərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, 3 ən yaxşı nəticə göstərmiş komanda qalib elan edilib.
İlk 3 yerin qalibi olan komandalar Foruma tərəfdaşlıq və təşkilati baxımdan dəstək göstərən, dövlət və özəl sektoru təmsil edən şirkət və qurumlar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb. Qaliblərə “Paşa Həyat Sığorta” və “Nar” tərəfindən “ağıllı” saatlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təcrübə proqramı və təlim paketi, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təcrübə proqramı və Toxum.org platforması tərəfindən kitab dəsti hədiyyə edilib.
Forumun sonunda münsiflər heyətinin üzvləri gənclərə təklif və tövsiyələrini bildirərək, onlara şəxsi və peşəkar inkişaf yolunda uğurlar arzulayıblar. Həmçinin bir sıra tərəfdaş şirkət, qurum və təşkilatların nümayəndələri çıxış edərək iştirakçıları təbrik ediblər.
Forum çərçivəsində iştirakçılar intensiv müzakirələrdə, komanda işində, təqdimatlarda və təlimlərdə iştirak etmək imkanı qazanıblar.
Qeyd edək ki, ADA BMT Modeli klubu (“ADAMUN”) 2012-ci ildən bəri fəaliyyət göstərərək, ölkə daxilində minlərlə gəncin şəxsi və peşəkar inkişafına töhfə verib.
Tehsil-press.az