"Gənc Sahibkar Ol!" layihəsi uğurla başa çatıb

Şəki Tibb Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Şəki şəhər Gənclər və İdman İdarəsinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), Şəki Regional Debat Mərkəzinin və "Youth Inc." Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Gənc Sahibkar Ol!" layihəsinin "Bağlanış və Mükafatlandırma” mərasimi baş tutub.
Layihə çərçivəsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialı və Şəki Tibb Kollecində üç fərqli auditoriya üçün ümumilikdə 120-dən çox tələbənin iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərin yekununda ümümilikdə 15 biznes plan təqdim olunduqdan sonra, 6 biznes plan seçilərək final mərhələsində keçid almışdır. Komandalar öz biznes ideyalarına uyğun olaraq hazırladıqları biznes planlarını tarixində Şəki Tibb Kollecində təqdim ediblər.
Tədbirin açılış nitqində çıxış edən layihə rəhbəri Nihad Məmmədkərimov layihənin məqsədi, təlimlərin keçirildiyi yerlər, təlimin istiqamətləri haqqında hesabat xarakterli məlumat verərək və qeyd edib ki, "Gənc Sahibkar Ol!" layihəsinin əsas məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinə təşəbbüs və bu sahə haqqında biliklərin artırılmasıdır.
Şəki Tibb Kollecinin əməkdaşı Pərvanə Məmmədova çıxışında sahibkarlıqla bağlı keçirilən təlimlərin tələbərin dünya görüşünün artırımlasında mühüm rol oynadığını bildirdi və təşəkkürlərini çatdırıb.
Çıxış edən "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC) Regional Mərkəzlər üzrə meneceri Etiram Sadıqzadə isə öz növbəsində DVC-nin fəaliyyəti haqqında məlumat verərək və bildirib ki, təşkilatın aparıcı proqramlarından biri də "Youth Inc." Sahibkarlıq Proqramıdır. Layihənin tərəfdaşı olan proqramın əsas məqsədi məhz gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. “Həmçinin bizimdə bu layihəyə tərəfdaş olmaqda məqsədimiz qazandığımız təcrübənin siz gənclərə ötürülməsindən ibarətdir” deyərək öz çıxışını davam etdirib.
Daha sonra Şəki Regional Debat Mərkəzinin üzvü Rəhimə Rüstəmova və həyata keçirilmiş layihənin fəal iştirakçısı Aytac Əhmədova çıxış edərək, layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edərək, təlimlərin, onları və digər iştirakçıların bu sahəyə marağını daha da artırdığını bildirdi.
Yekunda layihə təqdimatı həyata keçirən komandalar arasında ən yaxşı üç komanda müvafiq ardıcıllaqla elan olundu və yer tutan komanda iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Sahib A. Gülməmmədov
İctimaiyyətlə Əlaqələr üzrə Menecer


"Gənc Sahibkar Ol!" layihəsi uğurla başa çatıb




Oxşar xəbərlər