Oktyabrın 11-də “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında “Media savadlılığı və dezinformasiya” mövzusunda ikitərəfli seminara start verilib. Seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Vüsal Xanlarov layihə haqqında məlumat verib. O bildirib ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Bu günədək layihədə 1040 məktəb iştirak dib. Layihə çərçivəsində 3600 müəllim 3800-dən artıq layihə icra edib. Layihələrin əksəriyyəti Türkiyə müəllimləri və məktəbləri ilə birgə həyata keçirilib. Vüsal Xanlarov qeyd edib ki, layihənin Türkiyə ilə birlikdə icra olunması xüsusi əhəmiyyət daşıyır.
Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndəsi Mustafa Hakan Bücük bildirib ki, “eTwinning Plus” layihəsi çərçivəsində təşkil olunan “Media savadlılığı və dezinformasiya” mövzusunda ikitərəfli seminara Türkiyədən 34 məktəb müəllimi qoşulub. O, seminarın Azərbaycan və Türkiyə müəllimləri arasında əməkdaşlığı daha da möhkəmlədirəcəyini qeyd edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vurğulayıb ki, layihə çərçivəsində birgə seminarın təşkil olunması iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yeni müstəvisidir. Bu, müəllimlər qarşısında yeni imkanlar açacaq. O diqqətə çatdırıb ki, layihədə 26 paytaxt məktəbi iştirak edir. 2020-2021-ci tədris ilində layihə çərçivəsində keçirilən “eTwinning Məktəbi” müsabiqəsində Azərbaycan üzrə 12 məktəb yer tutub. Bu məktəblərdən 5-i paytaxt Bakının payına düşür.
Qeyd edək ki, seminar oktyabrın 13-dək davam edəcək. Seminar çərçivəsində Azərbaycandan və Türkiyədən olan müəllimlər üçün media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparılacaq.
Tehsil-press.az