ADU-nun əməkdaşı “Erasmus+” proqramı çərçivəsində təlimdə iştirak edib

ADU-nun əməkdaşı “Erasmus+” proqramı çərçivəsində təlimdə iştirak edib Azərbaycan Dillər Universitetinin (ADU) Keyfiyyətin təminatı və monitorinq şöbəsinin rəhbəri fəlsəfə doktoru Sayana Bağırova Təhsil Nazirliyinin nümayəndələri ilə birgə Almaniyada Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində təhsil işçiləri və mütəxəssislər üçün nəzərdə tutulmuş təlim kursunda iştirak edib.
Təlimdə Bolqarıstan, Niderland, Almaniya, Ukrayna, Azərbaycan və Gürcüstanı təmsil edən təhsil üzrə mütəxəssislər şəxsi təcrübə və peşəkar bacarıqlarını inkişaf etdirməklə yanaşı, akademik təcrübələrini bölüşüblər.
Eyni zamanda, təlimdə iştirak edən təhsil işçiləri Azərbaycanın tarixi, multikultural və milli dəyərləri, adət-ənənələri, mədəniyyəti, incəsənəti, musiqisi və təhsili haqqında təqdimatlarla çıxış ediblər, müzakirələr aparıblar.
Onlar ölkəmizi tanıtmaq məqsədilə Azərbaycan günü də keçiriblər. Tədbirdə 44 günlük Vətən müharibəsində qazandığımız zəfər, həmçinin milli bayramlarımız haqqında ətraflı məlumat veriblər.
Tədbir zamanı Qarabağın rəmzi hesab olunan xarıbülbül nişanları nümayəndələrimiz tərəfindən qonaqlara hədiyyə edilib.

Tehsil-press.az





Oxşar xəbərlər