Məktəbdə, eləcə də uşaq bağçasında tərbiyə və təlim işinin bütün müvəffəqiyyət və nöqsanları müəllim-tərbiyəçi işinin nəticəsi kimi qiymətləndirilir. Buna görə də müəllim-tərbiyəçi tərbiyə və təlim işində başlıca simadır.
Bəs əsl müəllim və tərbiyəçi necə olmalıdır?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllim və uşaq bağçası tərbiyəçilərinə bəzən elə tələblər tətbiq edilir ki, bunlar aparıcı tələblərdir. Bu tələblərə konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq bacarığı daxildir.
"Konstruktiv tələblərə təlim – tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək, məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə biləcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını əvvəlcədən görə bilmək bacarığı, maddi bazanı möhkəmləndirmək bacarığı və s. aiddir", - K.Əsədov deyib.
Onun sözlərinə görə, təlim-tərbiyəçi şagirdlərin (uşaqların) qəlbinə yol tapa bilmək, özünü onlara sevdirmək, şagirdlər (uşaqlar) arasında düzgün münasibətləri tənzim edə bilmə, valideyn və ictimaiyyətlə ümumi dil tapa bilmə, pedaqoji mərifətə malik olmaq, yeri gələndə gülməyi, hirslənməyi bacarmaq, ağır vəziyyətə düşdükdə ani müddətdə düşünüb düzgün tərbiyə yolu seçmək kimi meyarlara sahib olmalıdır.
Amerikadakı 5 yaşın altındakı uşaqların bir çoxuna – tam olaraq, 61%-nə uşaq qayğı mərkəzlərində və bağçalarda baxılır. Uşaqların böyük qismi həftədə 40-50 saat arası zaman dilimini burada keçirir. Bu səbəblə əsl “düşüncəsizlik” uşaqlarla bu qədər çox vaxt keçirən insanlardan məktəbəqədər təhsil elminə hakim olmaqlarını və keyfiyyətli təhsil icrasını siniflərinə ötürməyi gözləməmək olar.
Ekspert həmçinin qeyd edib ki, öz üzərində işləyən müəllim və tərbiyəçi pedaqoji işdə, eləcə də ictimai həyatda çox fəal rol oynayır.
"Beləliklə, uşaq bağçası tərbiyəçisi uşağın fiziki və psixi sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini nəzərə alaraq emosional və hərtərəfli inkişafı, təlim və tərbiyəsinin səmərəliliyini optimal şəkildə həyata keçirmək üçün məsuliyyət daşıyır",- deyə o vurğulayıb.
Tehsil-press.az