Neft və Qaz İnstitutunda Elmi şuranın iclası keçirilib

Neft və Qaz İnstitutunda Elmi şuranın iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda Elmi şuranın iclası keçirilib.
Elmi müəssisənin baş direktoru akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə danışıb. O, AMEA Rəyasət Heyətinin qərarlarının icrası və Neft və Qaz İnstitutunun Elmi şurasının yeni tərkibi haqqında məlumat verib.
Elmi katib Şəlalə Hüseynova institutun elmi, elmi-təşkilati şöbələrinin və ictimai təşkilatlarının 2021-ci ildəki fəaliyyəti haqqında hesabatların qrafikini elan edib.
İclasda doktorant Samirə Məhərrəmova “Qaz-kondensat yataqlarının horizontal quyularla işlənilməsi prosesinin modelləşdirilməsi” mövzusunda çıxış edib. Məruzəçi işlənilmənin effektivliyini təmin edən optimal konstruksiyanın seçilməsində zəruri olan geoloji, texniki və texnoloji amillərin quyunun hasilatına təsirini qiymətləndirib.
Elmi şuranın üzvləri mövzunun aktuallığını qeyd ediblər. Bəzi sual doğuran məsələlərə aydınlıq gətirilməsi tövsiyə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər