Mövlud Çavuşoğlu: Ukraynada atəşin dayandırılmasına ümidimiz artıb

Mövlud Çavuşoğlu: Ukraynada atəşin dayandırılmasına ümidimiz artıb Rusiya və Ukraynaya səfər nəticəsində atəşin dayandırılmasına ümidimiz bir qədər də artıb.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynada səfərdə olarkən söyləyib. O deyib ki, razılaşdırılmağa yaxın olan məsələlər üzrə müqaviləyə nail olmaq üçün platforma formalaşdığı təqdirdə, Rusiya və Ukrayna liderlərinin görüşü daha çox mümkün görünür.
Çavuşoğlu əlavə edib ki, Kiyev Ukraynanın təhlükəsizliyinə dair mümkün sazişin qarantları sırasında Türkiyəni də görmək istəyir.
Türkiyənin xarici işlər naziri martın 16-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla, bu gün isə Lvov şəhərində ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşərək münaqişənin nizamlanması barədə müzakirələr aparıb.

Tehsil-press.az

Oxşar xəbərlər