“Rus milyarderlərə qarşı sanksiyaların tətbiqinin məqsədəuyğunluğunu başa düşmürəm”.
Bunu “Bloomberg”ə müsahibəsində rusiyalı oliqarx, “Alfa Group”un yaradıcısı Mixail Fridman deyib.
Oliqarx sanksiyalara görə bank kartlarının dondurulmasından şikayətlənib. Fridman qeyd edib ki, o, ayda 2,5 min funt-sterlinq məbləğində "məqbul" xərclər üçün icazə istəməlidir.
“Mən necə yaşayacağımı bilmirəm. Həqiqətən də bilmirəm”, - Fridman deyib. Onun fikrincə, Aİ Rusiyada hakimiyyət sisteminin necə işlədiyini başa düşmür:
“Avropa İttifaqında qərar qəbul edənlər düşünürsə ki, mən cənab Putinin yanına gedib ondan müharibəni dayandırmağı xahiş edə bilərəm və bu, nəticə verəcək, deməli, biz böyük bəla ilə üzləşmişik. Bu, o deməkdir ki, bu insanlar Rusiyanın necə işlədiyini başa düşmürlər. Bu, gələcək üçün təhdiddir”.
Oliqarx əmin edib ki, iş adamlarının Rusiya Federasiyasının prezidenti ilə fevralın 24-də baş tutan şəxsi görüşü hadisələrə təsir göstərmir və sanksiyalara səbəb olmamalıdır:
“Putinlə güc iyerarxiyasındakı hər kəs arasında məsafə Yer və kosmos arası qədərdir. Kim olursa olsun, Putinə müharibə əleyhinə nəsə demək intihar etmək olardı”.
İş adamı həmçinin bildirib ki, Rusiya aktivlərindən qurtulmayıb, çünki o, “ilk kərpicdən tikdiyi” bizneslə emosional əlaqə hiss edir.
Qeyd edək ki, Mixail Fridman rusiyalı oliqarx və bankirdir. O, Boris Yeltsinin prezidentliyi dövründə Kremlin siyasi qərarlarına böyük təsiri olan yeddi bankirdən biri hesab olunur.
Fridman Qərbi Ukraynada anadan olub. 17 yaşına qədər o, Ukraynada yaşayıb, valideynləri isə hələ də Lvovda yaşayırlar. “Forbes” onun sərvətini 15,5 milyard dollar qiymətləndirir. Fridman Britaniyanın 11-ci ən zəngin adamı hesab olunur.
Tehsil-press.az