UNEC-in şəhid tələbə və məzunlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülür

UNEC-in şəhid tələbə və məzunlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülür Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İkinci Qarabağ müharibəsində iştirak edən tələbə və məzunlarının tanıdılması, şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülür.
Bu məqsədlə Vətən müharibəsində iştirak edən tələbə və məzunlara, şəhid olanların ailə üzvlərinə müraciət ünvanlanıb. Artıq xeyli məlumat toplanıb. Məlumatların dəqiqləşdirilməsi üçün onlar barədə məlumatların (tərcümeyi-hal) və fotoların dekabrın 25-dək UNEC-in rəsmi “Facebook” səhifəsinə göndərilməsi xahiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər